Dünyanın ən bahalı və gözəl evləri - FOTOLAR

Day.Az представляет новость на азербайджанском языке:

Azərbaycanda indiyə kimi satışa çıxarılan ən bahalı villalar uzun müddət medianın gündəmindən düşməyib.

Ötən il 20 milyonluq villa, bu il isə 12 milyon manata satışa çıxarılan villaların kimə məxsus olması sosial şəbəkələrdə xeyli müzakirə olunub. Ancaq dünyanın satışda olan ən bahalı malikanələrinə nəzər saldıqda bu qiymətlərin o qədər də böyük olmamasının fərqinə vara bilərik.

"Qafqazinfo" xarici mətbuata istinadən hal-hazırda satışda olan dünyanın ən bahalı evlərinin siyahısını sizə təqdim edir:

13. "MAISON DE LAMITIE" (Florida, ABŞ) - qiyməti 96 milyon dollar

10 min kv/m sahəsi olan malikanənin xusisi çimərliyi, 50 avtomobil üçün qarajı, qızıl və brilliant işləməli ev əşyaları var. Evin son sahibi Donald Trump olub.

12. "SHAKESPEARE RANCH" (Nevada, ABŞ) - qiyməti 98 milyon dollar

Malikanə üzüm bağlarının içərisində yerləşir. 2 hovuzu və 19 qonaq otağı var.

11. "FLEUR DE LYS MANSION" (Los Angeles, ABŞ) -qiyməti 101.5 milyon dollar

Ştatın ən bahalı evlərindən olan malikanənin15-nin ayrıca hamamı olmaqla 27 yataq otağı var. Dünyanın ən böyük şərab zirzəmilərindən biri bu bənzərsiz malikanəninindir. 2014-ci ildə satılıb, ancaq kimə satıldığı açıqlanmayıb. Hal-hazırda isə yenidən satışdadır.

10. "XANADU 2.0" (Vaşinqton, ABŞ) - qiyməti 123 milyon dollar

Dünyanın ən zəngin ikinci adamı Bill Qeytsin bu məşhur evi 12 min kv/m və evin özünə xüsusi çimərliyi, hovuzunun su altı xüsusi musiqi sistemi var.

9. "BEVERLY HILLS" (ABD) - qiyməti 135 milyon dollar

Kennedi ailəsi, Monako Şahzadəsi, Rihanna bu evdə yaşayan məşhur simalardandır. 30 yataq otağı olan bu ikonalarla zəngin ev indi öz alıcısını gözləyir.

8. "SHEPARD KRECH HOUSE" (Hamptons, ABŞ) - 140 milyon dollar

Bu ay satışa çıxan malikanənin təxminən 2 min kv/m sahəsi var. 10 yataq otağı olan evin xüsusi çimərliyi də var.

7. "SPELLING MANOR" (ABŞ) - 150 milyon dollar

Məşhur jurnalist Aaron Spellingin dəbdəbəli evinin sahəsi təxminən 10 min kv/m-dir.

6. "HEARST MANSION" (San Simeon, ABŞ) - 165 milyon dollar

Ledi Qaqanın kliplərindən birinin çəkildiyi bu malikanədə dünyanın ən böyük şərab zirzəmisi var.

5. "PALAZZA DI AMORE" (ABŞ) - qiyməti 195 milyon dollar

Rəqs meydançası, xüsusi gecə klubu, 13 yataq otağı və mükəmməl bir Los Anceles mənzərəsi olan ev bölgənin ən seçilən malikanələrindəndir.

4. "THE PENTHOUSE" (London, İngiltərə) - qiyməti 201 milyon dollar

Dünyanın kv/m-i ən baha olan bu ev Londonun ən gözəl mənzərəsinə sahibdir. Malikanənin şüşələri güllə keçirmir və yüksək təhlükəsizlik tədbirləri görülüb.

3. "FAIR FIELD" (ABŞ) - qiyməti 251 milyon dollar

39 yataq otağı, 5 ayrı hovuzu, 164 nəfərlik xüsusi kino zalı və daha nələri olmasına baxmayaraq illərdir ki, malikanənin satışı mümkün olmur.

2. "TOUR DE ODEON" (Monako) - qiyməti 401 milyon dollar

Xüsusi arxitekturalı hovuzu, bənzərsiz mənzərəsi ilə ev bir Avropa əfsanəsi ola bilib.

1. "VILLA LEOPOLDA" (Fransa) - qiyməti 756 milyon dollar

Bu da dünyanın satışda olan ən bahalı evi. 1902-ci ildə Belçika Kralı tərəfindən tikdirilib. 2008-ci ildə 500 milyon dollara alıcı çıxsa da, satış mümkün olmayıb. İnternetdə çox az şəkli olan malikanənin ətrafındakı kənd də ev sahibinə məxsusdur.