Dərmanları bu iki yerdə saxlamayın
Əczaçı Dafne Estevao dərmanları hamam və mətbəxdə saxlamağı məsləhət görmür. Hamamda yüksək rütubət və temperatur dəyişiklikləri, mətbəxdə isə bişirmə zamanı yaranan istilik və buxar preparatların keyfiyyətinə mənfi təsir göstərə bilər.
Day.Az xəbər verir ki, mütəxəssis dərmanları birbaşa günəş şüalarından və istilik mənbələrindən uzaq, quru və sərin yerdə saxlamağı tövsiyə edir. Həmçinin preparatlar uşaqların və ev heyvanlarının əli çatmayan şkafda yerləşdirilməlidir.
Bəzi dərmanların soyuducuda saxlanılması tələb olunduğundan, onların qablaşdırmasında göstərilən təlimatlara əməl etmək vacibdir. Dərmanların düzgün saxlanılması onların keyfiyyətinin qorunmasına və təsirinin azalması riskinin qarşısının alınmasına kömək edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре