https://news.day.az/azerinews/1775920.html
Xocavənddə yanğına səbəb olan şəxs məsuliyyətə cəlb olunub
Avqust ayının 24-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki, araşdırmalarla yanğını 23 yaşlı Araz Nəcəfovun törətdiyi məlum olub.
Xocavənddə yanğına səbəb olan şəxs məsuliyyətə cəlb olunub

Avqust ayının 24-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki, araşdırmalarla yanğını 23 yaşlı Araz Nəcəfovun törətdiyi məlum olub. Hadisə nəticəsində 70 hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb.
A.Nəcəfov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре