Turist gəzintisində iştirak edən 13-ü uşaq olmaqla 14 nəfər öldü

Day.Az представляет новость на азербайджанском языке

-----------

20:32

Rusiyanın Kareliya respublikasında Syamozero gölündə ölənlərin sayı 14-nəfərə çatıb, onlardan 13-ü 12-15 yaş arası olan uşaqlardı.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, xilasedicilər bu gün daha 3 uşağın meyitini sudan çıxarıblar.
 
9-u uşaq olmaqla 11 nəfəri xilas etmək mümkün olub.
 
İyunun 18-də  "Park-hotel Syamozero" sağlamlıq düşərgəsindən olan instruktor və uşaqlar qayıqlarla gəzintiyə çıxarkən müəyyən yol qət etdikdən sonra fırtınaya düşüblər. Göyərtələrində 50-dən çox nəfərin olduğu üç qayıq aşaraq batıb.

---------

16:00

Rusiyada turist gəzintisində iştirak edən 10 uşaq ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Kareliyada Syamzero gölündə turist gəzintisində çıxmış qrupda olan 10 uşağın cəsədi aşkarlanıb, 3 uşağın axtarışları davam edir.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin mətbuat xidmətinin rəisi Fedor Polşin həmin turist qrupundakı 11 turistin xilas edildiyini, hadisə yerində Fövqəladə Hallar Nazirliyinin iki vertolyotunun cəlb edildiyini bildirib. 

Turst qrupu 2 nəfər yetkin yaşlı olmaqla, 12-17 yaşlı yeniyetmələrdən ibarət olub.  

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.