https://news.day.az/azerinews/1796146.html Azərbaycan Ordusunda Milli Dirşəliş Günü qeyd edilib - FOTO Cari ilin tədbirlər planına uyğun olaraq, 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib. Day.Az bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir. Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Ordusunda Milli Dirşəliş Günü qeyd edilib - FOTO

Azərbaycanca, 17 ноября 2025 20:45 (UTC +04:00) 643
Azərbaycan Ordusunda Milli Dirşəliş Günü qeyd edilib

Cari ilin tədbirlər planına uyğun olaraq, 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.

Day.Az bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Çıxış edənlər 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə keçirdiyi sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunmasının milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan yolumuzun başlanğıcı olmasından danışıblar. Həmçinin 17 Noyabr - Milli Dirçəliş Gününün xalqımızın azadlıq mübarizəsindəki əsas mərhələlərdən olması, ölkəmizin müstəqilliyinin bərpa edilməsindəki tarixi rolu barədə geniş məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etməsi nəticəsində bu gün 17 Noyabr - Milli Dirçəliş Gününün Vətənimizin hər yerində xalqımız tərəfindən bayram edilməsi böyük qürur və iftixar hissi ilə qeyd olunub.

Silsilə tədbirlər çərçivəsində təqdim edilən musiqi nömrələri, mədəni-kütləvi və digər tədbirlər şəxsi heyət tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

  • Azərbaycan Ordusunda Milli Dirşəliş Günü qeyd edilib

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости