Sürücü yükdaşıma qaydalarını kobud şəkildə pozur - VİDEO

Day.Az представляет новость на азербайджанском языке
Armatur avtomobilin yük yerinə yığılsa da, materialın böyük hissəsi yerlə sürünür.
Day.Az xezerxeber.com-a istinadən bildirir ki, görüntülər Cəlilabad rayonundandır. Rayondakı tikinti materialları bazarlarında fəaliyyət göstərən yük avtomobillərinin sürücüləri müştəriləri əldən verməmək üçün bu üsula əl atırlar. Uzunluğu 10-12 metr olan armaturu 4-5 metr uzunluğunda olan yük maşınında aparırlar.
Rayon yerlərində ən çox rast gəlinən bu cür vəziyyət həm sürücülər, həm də piyadaların həyatı üçün böyük təhlükə yaradır. Mövcud problem yol təsərüffatına da xeyli ziyan vurur. Kilometrlərlə sürünən armatur asfaltın üz qatının yararsız hala düşməsinə səbəb olur. Yağış da yağdıqda həmin yolda çuxurlar əmələ gəlir.
Nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə, yükün avtomobildən kənara çıxması, yerlə sürünməsi və səs çıxararaq ətrafdakıları narahat etməsi yükdaşıma qaydasının pozulması deməkdir.
Ekspertin sözlərinə görə, yükdaşıma qaydasını pozduğuna görə sürücüyə 40 manat cərimədən əlavə, həm də belə vəziyyətdə yolu zibilləyərsə əlavə olaraq 30-50 manat arasında da cərimə tətbiq oluna bilər. O ki, qaldı yola dəymiş ziyana..
Azəravtoyol ASC-nin mətbuat katibi Anar Nəcəflinin belə faktların əsasən məsuliyyətsiz sürücülərin üzündən baş verdiyini dedi. Onun sözlərinə görə, təmsil etdiyi qurumun Yolların mühafizəsi şöbəsinin əməkdaşları tərəfindən vəziyyətə nəzarət edilir, belə hal aşkar edilən kimi dəymiş ziyan qiymətləndirilərək sürücüyə təqdim olunur.
Videonu izləmək üçün şəklə klikləyin:
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре