Gəncədə kişi meyiti aşkarlanıb

Day.Az представляет новость на азербайджанском языке:

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, saat 22 radələrində Gəncə şəhərinin mərkəzində 50-60 yaşında naməlum kişi meyiti aşkar olunub. Cəsəd şəhərin Heydər Əliyev prospektində tapılıb.

Əraziyə polis əməkdaşları və TTYX-nın həkimləri cəlb olunub.

Hadisənin səbəbi və ölən şəxsin kimliyi aparılacaq araşdırmalardan sonra məlum olacaq.