Qran pri qalibi: "Bakı trası "Formula 1" üçün əla uyğun gəldi" - FOTO
Day.Az представляет новость на азербайджанском языке
Bakı Qran prisi möhtəşəm keçdi, tras çox maraqlı idi. Day.Az Trend-ə istinadən bildirir ki, bunu mətbuat konfransında "Formula 1" Avropa Qran prisinin qalibi "Mercedes" komandasının qalibi Niko Rosberq deyib.
Pilot əlavə edib: "Biz insidentlərdən yayınmaq üçün trası çox yaxşı sınaqdan keçirmişdik".
Yarışda İkinci olmuş Sebastyan Fettel (Ferrari) isə bildirib ki, ikinci yer nail ola biləcəkləri optimal nəticədir: "Nəticədən razı ola bilərik".
Bakıda "Formula 1"in üçüncüsü olmuş Serxio Peres (Force India) isə qeyd edib ki, N.Rosberqə qalib gələ bilməzdi, çünki o çox güclü idi.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре