https://news.day.az/azerinews/1819225.html
Gürcüstanın beynəlxalq hava limanlarından 20-dən çox uçuş ləğv edilib
Yaxın Şərq regionunda baş verən hadisələr səbəbindən Tbilisi və Batumi beynəlxalq hava limanlarından 20-dən çox uçuş ləğv edilib. AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Hava Limanı Assosiasiyasından məlumat verilib. Bildirilib ki, martın 1-də Tbilisi beynəlxalq hava limanından 17 reys yerinə yetirilməyəcək.
Gürcüstanın beynəlxalq hava limanlarından 20-dən çox uçuş ləğv edilib
Yaxın Şərq regionunda baş verən hadisələr səbəbindən Tbilisi və Batumi beynəlxalq hava limanlarından 20-dən çox uçuş ləğv edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Hava Limanı Assosiasiyasından məlumat verilib. Bildirilib ki, martın 1-də Tbilisi beynəlxalq hava limanından 17 reys yerinə yetirilməyəcək. Batumi hava limanından isə bu günə planlaşdırılan dörd reys ləğv edilib.
Tbilisi Beynəlxalq Hava Limanından Tel-Əvivə 7 uçuş, Şarja 2, Dubaya 3, Dohaya 3, Əbu-Dabiyə 1 və Küveytə 1 uçuş ləğv olunub. Bundan əlavə, Batumi Beynəlxalq Hava Limanından Təl-Əvivə dörd reys ləğv edilib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре