Azərbaycanda pullu yollar ola bilər

Day.Az представляет новость на азербайджанском языке

İnkişaf etmiş ölkələrdə geniş yayılan pullu yollar ölkəmizdə də tətbiq edilə bilər

Ötən gün Azərbaycan-Macarıstan biznes-forumunda Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycanda pullu yolların çəkilməsində maraqlı olduqlarını  bildirib. Bu isə ölkəmizdə ödənişli yolların çəkilməsi məsələsini aktuallaşdırıb.

Geniş magistralın girişində ödəmə məntəqələri qurulub və sürücü ödənişini etdikdən sonra yola daxil ola bilir.

"Xəzərxəbər"ə danışan ekpert Ərşad Hüseynov bildirib ki, inkişaf etmiş ölkələrdə geniş yayılan pullu yollar ölkəmizdə də tətbiq edilə bilər. Hətta bunun üçün qanunvericilikdə müvafiq qeydlər də var.

Belə yollar həm də hazırda mövcud olan əsas yolların qısa bir hissəsini və ya bir körpünü də əhatə edə bilər. Halbuki, o yoldan istifadə edən sürücülər ümumi yollarını qısaltmış olarlar. Sürücülərin isə belə yollara marağı kifayət qədər böyükdür.

Pullu  yolların tətbiq edildiyi ölkələrin qanunverciliyində ödənişin təyin edilmə üsulu da göstərilir. Ölkəmizdə tətbiq ediləcəyi halda qanunvericilikdə müvafiq dəyişikliyin edilməsi gözlənilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.