Bakıda “Metropark” ticarət mərkəzinin yaxınlığında partlayış baş verib

Day.Az представляет новость на азербайджанском языке

23:48

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Nərimanov rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.
Day.Az APA-ya istinadən xəbər verir ki, yanğın "Rahatlığın Məkanı" MMC-nin ərazisində baş verib. Nəticədə həcmi 25 ton olan istifadəyə yararsız mazut çəninin ətrafına dağılmış mazut qalıqları 60 m2 sahədə, sahəsi 20 m2 olan istifadəyə yararsız tikilinin yanar konstruksiyaları, 1 ədəd şam ağacı yanıb və yüksək temperaturdan yaxınlıqda dayanmış "Novartis" şirkətinə məxsus "Volkswagen" markalı minik avtomobilinin qabaq üzlük hissəsi qismən qarsalanıb.

Mazut çəni, avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

------------
21:37

Day.Az musavat.com-a istinadən bildirir ki,hadisə Faiq Yusifov küçəsi, 43 ünvanında əvvəllər qazanxana kimi fəaliyyət göstərən tikilidə qeydə alınıb. Ərazidə "Rahatlığın məkanı" tikinti şirkəti söküntü işləri aparır. Həyətdəki mazut çənini çıxarmaq mümkün olmadığından mazut çəni şirkət əməkdaşları tərəfindən yandırılıb. Lakin çənin qapağı bağlı olduğundan, güclü partlayış olub. Partlayış nəticəsində ətrafdakı tikililərə və avtomobillərə ziyan dəyib. Hazırda ərazidə FHN-in və hüquq-mühafizə orqanlarının əməkfaşları işləyirlər.

-------------
21:16

"Metropark" ticarət və əyləncə mərkəzinin yaxınlığında qarajda baş verən yanğın söndürülüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  yanğın zamanı alov ətrafa yayılaraq, qarajın yaxınlığında dayanmış "Volkswagen" markalı avtomobilə keçib. Nəticədə, avtomobilin mühərrik hissəsi yanıb.

Xatırladaq ki, yanğınla nəticələnən partlayış baş verib.

Partlayış zamanı xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbi müəyyənləşdirilir.   

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.