İrəvanda Rusiyanın Azərbaycana silah satışına qarşı yürüş başladı

Day.Az представляет новость на азербайджанском языке

Yürüş iştirakçıları öz tələblərini irəli sürürlər.

İrəvanın Azadlıq meydanından Ermənistan XİN və Rusiya səfirliyinin binalarının qarşısına yürüş başlayıb.

Oxu.Az News.am-a istinadən xəbər verir ki, yürüş iştirakçıları Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşü ərəfəsində öz tələblərini irəli sürmək niyyətindədirlər.

Qeyd edək ki, artıq Facebook səhifəsində yayılan bəyanatda bildirilir ki, Serqey Lavrovun İrəvanda Ermənistan höküməti ilə Kremlin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması planının müzakirəsi zamanı, etiraz aksiyası təşkil olunacaq və "DQR"in tanınması və Rusiyanın Azərbaycana silah satışının dayandırması tələbləri irəli sürüləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.