https://news.day.az/azerinews/1427741.html Azad edilmiş ərazilərə avtobus biletlərinin alınma qaydası açıqlandı

Azad edilmiş ərazilərə avtobus biletlərinin alınma qaydası açıqlandı

Azərbaycanca, 18 января 2022 11:22 (UTC +04:00) 1 557
Azad edilmiş ərazilərə avtobus biletlərinin alınma qaydası açıqlandı

İşğaldan azad edilmiş ərazilərə sərnişin marşrutlarına biletləri "Yolumuz Qarabağa" portalından əldə etmək olar.

Day.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov "İşğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə deyib.

O qeyd edib ki, vətəndaşlar portala daxil olduqdan sonra "ASAN login" vasitəsilə bilet ala biləcəklər.

F.Cəfərov vurğulayıb ki, Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar, şəhid ailələri, müharibə iştirakçıları üçün biletlər pulsuz olacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости