Gəncədə iki avtomobil toqquşdu

Gəncə şəhərində ağır yol qəzası baş verib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin Qara Qarayev küçəsi ilə Cavadxan küçəsinin kəsişməsində qeydə alınıb.

"Ford" markalı yük avtmobili ilə "Lexus" markalı avtomobil toqquşub. Nəticədə avtomobillərdən biri idarəetmədən çıxaraq səki ilə gedən piyadanın həyatına son qoyub.