65 milyon illik sirr açılır

Day.Az представляет новость на азербайджанском языке
Təxminən 65 milyon il əvvəl Yer planetinə çarpan bir meteorid üzündən nəsilləri tükənən dinozavrlardan sonra dünyada həyatın yenidən necə başladığı qısa müddət içində dəqiqlik qazana bilər.
Publika.az xəbər verir ki, Yer planetinin tarixində ən böyük kütləvi ölümə sahib olan meteorid bugünkü Meksika körfəzinə düşmüşdü.
Kaliforniya Universitetindən olan geoloqlar dinozavrlarla yanaşı bir çox canlı növünün məhvinə səbəb olan meteoridi araşdırmaq üçün qrup yaradıblar. Qrup meteoridin düşdüyü təxmin edilən bölgədə aprel ayında qazıntı işlərinə başlayacaq.
Qazıntılar iki ay davam edəcək və 793-1524 metr dərinlikdəki laylardan nümunələr götürüləcək.
Bu günlərdə "Science Daily" jurnalında dərc olunan bir araşdırmaya görə, dinozavrların məhv olduğu təxmin edilən tarixdə Hindistanda vulkanik partlayışlar baş verib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре