Çempionlar Liqasının yarımfinalında rəqiblər bəlli oldu:

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılacaq.

Day.Az qol.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.

Yarımfinalda iştirak edəcək dörd klubdan ikisi İspaniya təmsilçisidir. Bu mərhələdə hər dörd klub bir-biri ilə qarşılaşa bilər.

Yarımfinalın iştirakçları: "Mançester Siti" (İngiltərə), "Bavariya" (Almaniya), "Real" (Madrid, İspaniya), "Atletiko" (Madrid, İspaniya).

Qeyd edək ki, Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunları 26/27 aprel - 3/4 may tarixlərində keçiriləcək.

XXX

Milli.Az bildirir ki, Çempionlar Liqasında yarımfinal mərhələsində üz-üzə gələcək rəqiblər bəlli olub. 

"Mançester Siti" - "Real" 

"Atletiko" - "Bavariya" 

Milandakı "San-Siro" stadionunda "ev sahibi" isə "Mnçester Siti" - Real" cütlüyünün qalibi olacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.