Binalarda təxliyyə pilləkənləri niyə yoxdur?

Day.Az представляет новость на азербайджанском языке

Bu vəziyyət bir çox yaşayış binalarında hökm sürür. Əslində isə tikinti normalarına görə, yaşayış binalarında təxliyyə pilləkənlərinin qoyulması zəruri hesab edilir.

Yüksəkmərtəbəli yaşayış binaları inşa olunur, ancaq tikintisi mütləq olduğu halda təxliyyə pilləkənləri nəzərdə tutulmur. Bu isə orda yaşayan sakinləri mümkün fövqəladə vəziyyətlərdə təhlükə ilə üz-üzə qoyur.

Day.Az xezerxeber.com-a istinadən bildirir ki, paytaxtın bir neçə ərazisində çəkiliş apardığımız zaman, xüsusilə də yeni tikilən hündürmərtəbəli yaşayış binalarının böyük əksəriyyətində təxliyyə pilləkənlərinə rast gəlmədik.

"20 yanvar" metrostansiyası yaxınlığında yerləşən bu yaşayış binasındakı təxliyə pilləkənləri isə yüzlərlə binanın tikildiyi paytaxtda sanki istisna təsiri bağışlayan azsaylı tikililərdəndir.

Tikinti üzrə mütəxəssis Cahangir Qocayev deyir ki, tikinti normalarına görə, hər bir yaşayış binası tikilərkən sərnişinlərin təhlükəsizliyi üçün layihədə təxliyə pilləkənlərinin qoyulması vacib sayılır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, belə pilləkənlərin olmaması sakinlərin həyatı üçün təhlükə yarada bilər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.