Azərbaycanda bəy evini bəzəməyə gedən gəlinin qohumları qəzaya düşüb, ölən var

Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az bildirir ki, hadisə rayonun Çarxı kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Hyundai" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Zərbənin təsirindən "Hyundai" dərəyə aşıb, "VAZ-2107" isə maneəyə çırpılıb.

Nəticədə, "VAZ-2107"-də olan sərnişin Xaçmaz rayonu Alıcqışlaq kənd sakini, 2004-cü il təvəllüdlü Hidayət Fərman oğlu Pirverdiyev xəsarətlər alıb. O, yaralı vəziyyətdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətirilsə də, xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, "VAZ-2107"-də olanlar keçiriləcək toy mərasimi üçün bəy evini bəzəməyə gedən gəlinin qohumları olub.

Faktla bağlı araşdırma aparılır.