Azərbaycan-Misir əlaqələrinin yenidən canlanması vacibdir

Azərbaycan-Misir əlaqələrinin yenidən canlanması vacibdir.

Day.Az-ın məlumatına görə, bunu Trend BİA-nın direktor müavini, siyasi ekspert Rufiz Hafizoğlu AzTv-nin "Əsas məsələ" verilişində bildirib.

Misirin iqtisadi siyasi baxımdan ərəb dünyasının ən önəmli ölkələrindən biri olduğunu deyən R.Hafizoğlu Azərbaycan-Misir əlaqələrinin dirçəlməsinin hər iki tərəf üçün əhəmiyyətini vurğulayıb:

"Misir kimi regionun önəmli ölkəsi ilə münasibətlərin yenidən canlanması Azərbaycan üçün çox əhəmiyyətlidir. Həm diaspor fəaliyyəti, həm strateji tərəfdaşlıq baxımından bu vacibdir. Azərbaycan bu gün sadəcə bölgədə apardığı siyasətlə deyil, həm də müstəqil strateji addımları ilə fərqlənir, məsələn Azərbaycan Misir-Türkiyə münasibətlərindəki durğunluğu aradan qaldırmaq iqtidarındadır", - siaysi ekspert bildirib.