Qazaxın dörd kəndi minalarla çirkləndirilib

Qazaxın nəzarətimizə keçən dörd kəndi minalarla çirkləndirilib.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

Sədr bildirib ki, hazırda həmin kəndlərdə minatəmizləmə işləri gedir.

"Təəssüflər olsun ki, kifayət qədər yüksək səviyyədə çirklənmiş ərazilərdir. Əsasən piyadaəleyhinə minalara rast gəlinir. Qazaxda minaların sayı çoxdur, statistika gündə dəyişir,- deyə sədr qeyd edib.