https://news.day.az/azerinews/1713372.html
"Təmiz qazanmışam" - Mourinyodan Qvardiolaya cavab
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərədəki karyerasını Joze Mourinyo ilə müqayisə edib. İdman.biz xəbər verir ki, ispaniyalı mütəxəssis 6 dəfə İngiltərə çempionu titulunu qazandığını deyib. Qvadiola Mourinyonun hesabında cəmi 3 çempionluğu olduğunu önə çəkib.
"Təmiz qazanmışam" - Mourinyodan Qvardiolaya cavab

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərədəki karyerasını Joze Mourinyo ilə müqayisə edib.
İdman.biz xəbər verir ki, ispaniyalı mütəxəssis 6 dəfə İngiltərə çempionu titulunu qazandığını deyib.
Qvadiola Mourinyonun hesabında cəmi 3 çempionluğu olduğunu önə çəkib. Hazırda "Fənərbaxça"da fəaliyyət göstərən portuqaliyalı mütəxəssisin ona cavabı özünü çox gözlətməyib: "O, APL-də 6 titul qazanıb, mən isə 3, amma bunları təmiz qazanmışam. 150 araşdırması gedən qələbəni istəmirəm".
Qeyd edək ki, "Mançester Siti" haqqında 2009-2018-ci illərdə maliyyə qaydalarını pozduğuna görə 150-dən çox araşdırma açılıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре