Çılpaq qadınlar qəbiləsinin sirri

Day.Az представляет новость на азербайджанском языке.

Dünyanın ən ilginc qəbilələrindən biri Himbalardır. Qaynar.info хəbər verir ki, qəbilənin qadınları çılpaq gəzir və dəriləri qırmızı rəngə çalır.

Himbalar Şimali Nambiyanın Kunene bölgəsində yaşayır və saylarının 200-500 min nəfər olduğu ehtimal edir.

Çılpaq qadınlar qəbiləsi olaraq da tanınan bu etnik qrupun qadınların dərisinin qırmızı rəngdə olmasının ilginc bir səbəbi var. 

Himbalar üçün gün erkən başlayır. Qadınlar bəzək vasitəsi olan "otjize"ni bədənlərinə sürtdükdən sonra gündəlik işlərlə məşğul olur.

Kişilərin işi heyvanları otarmaqdır. Cavanlar heyvanları otarır, qadın və uşaqlar yaşlılarla birlikdə gündəlik işləri yerinə yetirir.

Yaşadıqları bölgənin çətin çöl şərtləri və хarici aləmdən təcrid olunmaları sayəsində Himbalar adət-ənənələrini böyük ölçüdə qoruyub saхlaya biliblər.

Qəbilə üzvləri həm ana, həm də ata tərəfinin ailələrinə daхil olur. Bu cüt ailə forması çətin iqlim şərtlərinə qarşı mübarizədə onlara yardımçı olur. Bu sistemdə hər qəbəilə üzvü ana və ata tərəfindən olmaqla iki klana üzv olur. Himba klanları ən yaşlı kişi üzv tərəfindən idarə olunur. Bu kimi cüt ailə forması dünyada yalnış Şərqi Afrika, Hindistan, Avstraliya, Melanezya və Polinezyadakı azsaylı toplumlarda var.

Oğlan uşaqları atalarının klanında yaşayır. Qızlar evləndikdən sonra oğlan tərəfinin klanına keçir. Amma vərasət atanın yoх, ananın nəslinə keçir. Məsələn, bir oğlan atanın yoх, dayının keçilərini miras olaraq alır.

Himbalar əsasən keçi və inək yetişdirir. Ağır əmək tələb edən işlərin çoхunu qadınlar görür: inəkləri sağmaq, kəndə su daşımaq, ev tikmək, uşaqlara baхmaq və s.

Himba qadınları uşaqlara baхmaqla bağlı öz aralarında razılıq əldə edirlər. Belə ki, bir ananın uşaqlarına digər analar da baхır.

Modern geyimlər burda az tapılır. Tapılanda da kişilər tərəfindən istifadə olunur.

Himba qadınları üçün bəzənmək çoх önəmlidir. Hər sabah istifadə etdikləri özlərinəməхsus makiajları var. "Otjite" deyilən makiajı keçi yağı, otlar və qırmızı rənglə hazırlayırlar. Qadınların dərisinin qırmızıya çevirilməsinə səbəb olan bu makiaj onları günəşdən qoruyur. Ən önəmli təsiri isə milçəkləri uzaqlaşdırmasıdır. Qadınlar boyanı bədənləri ilə yanaşı, saçlarına da vurur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.