"Siz elə bilirsinz "kişi-kişi" deməklə siz kişisiniz?" - FOTO

Day.Az представляет новость на азербайджанском языке
Tanınmış prodüser Tolik cəbhə bölgəsinə getdiyi üçün ona istehza edən və ünvanına təhqiramiz fiikirlər səsləndirən şou əhlinə qəzəblənib.
Day.Az publika.az-a istinadən xəbər verir ki, prodüser İnstaqram səhifəsində hərbi biletinin fotosunu paylaşıb və "dost"larının cavabını verib:
"Buradan özün kişi sayıb, mənə istehza edən, hərbi biletlərinə "9 b", yaxud da "neqodnı" yazdıran qaqaşlara səslənirəm. Mənə sizin kimi atam pul verib, hərbi bilet almayıb. Siz elə bilirsinz "kişi-kişi" deməklə siz kişisiniz? Heç olmasa arada bir hərbi biletinizi açın baxın və deyin ki, mən Tolik qədər də olmadım. Mən müharibə vaxtı yararlıyam, amma siz yararsızsınız, sizə kartof soymaq da olmaz əsgərlikdə, o ki qaldı erməniylə üz-üzə vuruşmaq".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре