https://news.day.az/azerinews/1544804.html
Gürcüstanda etirazçılar polislərə "Molotov kokteyli" atıblar - FOTO - VİDEO
Gürcüstanda etirazçılar polislərə "Molotov kokteyli" atıblar - FOTO - VİDEO
.jpg)
Tbilisinin mərkəzində etirazlar gecə saatlarında da davam edir.
Day.Az Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, etirazçılar polis əməkdaşlarına "Molotov kokteyli" atırlar, barrikadalar qururlar.
Polis əməkdaşları da öz növbəsində etiraz aksiyasını dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edir.
Artıq bir neçə etirazçı polislər tərəfindən saxlanılıb, onların dəqiq sayı hələlik məlum deyil.
Qeyd edək ki, Gürcüstanda "xarici agentlər" haqqında qanun layihəsinin parlament tərəfindən qəbul edilməsinə qarşı etiraz aksiyaları davam edir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре