Türkiyə-Azərbaycan Universitetinə görə BANM-in Xətai korpusu köçürülüb

Bakı Ali Neft Məktəbinin (BANM) Xətai korpusu yeni Ağ şəhər korpusuna köçürülüb.

Day.Az xəbər verir ki, bununla bağlı BANM-in rektoru Elmar Qasımov məlumat paylaşıb.

Rektor qeyd edib ki, yeni korpusda BANM-in davamlı təhsil fakültəsi, ingilis dili və humanitar fənlər mərkəzi fəaliyyət göstərəcək:

"Eyni zamanda burada BANM-in nəzdində yeni liseyin yaradılması da nəzərdə tutulur".

Qeyd edək ki, Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin mətbuat katibi Pərviz Əliyev Trend-in sorğusuna cavab olaraq demişdi ki, Türkiyə-Azərbaycan Universiteti Bakı Ali Neft Məktəbinin əvvəlki binasında fəaliyyətə başlayacaq:

"Türkiyə-Azərbaycan Universiteti 2024-2025-ci tədris ili üçün kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə tələbə qəbulu elan edir. Abituriyentlər 9-19 avqust tarixlərində ixtisas seçimində iştirak edərək qeyd olunan ixtisasları seçə bilərlər".