AZAL və "Buta"nın saytlarında bilet almaq və reyslərə qeydiyyat funksiyaları müvəqqəti işləmir

Aviabiletlərin bronlaşdırılması və alınması ilə bağlı yaranmış problemlərlə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" (AZAL) və "Buta Airways" aviaşirkətlərinin rəsmi saytlarında texniki işlər aparılır.

"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən Day.Az-a verilən məlumata görə, hal-hazırda saytlarda bilet almaq və aviaşirkətlərin reyslərinə qeydiyyat aparmaq funksiyaları müvəqqəti olaraq işləmir.

"Tezliklə biletlərin bronlaşdırılması və alınması prosesi ştat rejimində bərpa olunacaq. Aviaşirkətlər baş vermiş narahatlığa görə üzr istəyirlər", - deyə məlumatda qeyd edilib.