https://news.day.az/azerinews/1815500.html Azərbaycanda “Microsoft”un Rəqəmsal Bacarıq Mərkəzinin yaradılması imkanları dəyərləndirildi - FOTO Azərbaycanla "Microsoft" şirkəti arasında ölkədə Rəqəmsal Bacarıq Mərkəzinin (Digital Capability Center) yaradılması üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Day.Az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Azərbaycanda “Microsoft”un Rəqəmsal Bacarıq Mərkəzinin yaradılması imkanları dəyərləndirildi - FOTO

Azərbaycanca, 11 февраля 2026 19:15 (UTC +04:00) 371
Azərbaycanda “Microsoft”un Rəqəmsal Bacarıq Mərkəzinin yaradılması imkanları dəyərləndirildi

İqtisadiyyat Nazirliyində "Microsoft" şirkətinin Rumıniya, Moldova və MDB üzrə baş meneceri ilə keçirilən görüşdə potensial əməkdaşlıq imkanları müzakirə olunub.

Day.Az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

qtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev "Microsoft" şirkətinin Rumıniya, Moldova və MDB üzrə baş meneceri Qabriela Popesku ilə görüşüb.

 

Görüşdə Azərbaycanın iqtisadi prioritetləri, əlverişli biznes və investisiya mühiti, rəqəmsal iqtisadiyyatın inkişafı və yeni texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Ölkəmizdə innovasiya ekosisteminin gücləndirilməsi, texnoloji təcrübənin tətbiqi və digər sahələr üzrə əməkdaşlıq potensialı qeyd olunub.

Tərəflər ölkəmizdə rəqəmsal həllərin tətbiqi, süni intellekt texnologiyalarının inkişafı, kadr potensialının artırılması, eləcə də sənaye və dövlət sektorunda rəqəmsal texnologiyaların tətbiqinə dair nümunələri nümayiş etdirən Rəqəmsal Bacarıq Mərkəzinin (Digital Capability Center) yaradılması üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. "Microsoft"la işbirliyi çərçivəsində birgə layihələrin reallaşdırılması, həmçinin qarşılıqlı maraq doğuran digər sahələr üzrə potensial əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Qeyd edək ki, "Microsoft" qlobal miqyasda proqram təminatı, bulud texnologiyaları, süni intellekt, informasiya təhlükəsizliyi və rəqəmsal həllər sahəsində fəaliyyət göstərən aparıcı texnologiya şirkətlərindən biridir. Şirkət dünyanın 190-dan çox ölkəsində fəaliyyət göstərir və innovativ texnoloji məhsul və xidmətləri ilə rəqəmsal transformasiyanın sürətləndirilməsinə töhfə verir.

  • Azərbaycanda “Microsoft”un Rəqəmsal Bacarıq Mərkəzinin yaradılması imkanları dəyərləndirildi
  • Azərbaycanda “Microsoft”un Rəqəmsal Bacarıq Mərkəzinin yaradılması imkanları dəyərləndirildi
  • Azərbaycanda “Microsoft”un Rəqəmsal Bacarıq Mərkəzinin yaradılması imkanları dəyərləndirildi
  • Azərbaycanda “Microsoft”un Rəqəmsal Bacarıq Mərkəzinin yaradılması imkanları dəyərləndirildi
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости