Rio-2016: Xetaq Qazyumov finalda!

Day.Az представляет новость на азербайджанском языке

-----------
18:10

Milli.Az bildirir ki, Xetaq Qazyumov 1/2 final mərhələsində Ukrayna təmsilçisi Valeriy Andriytsev üzərində vaxtından əvvəl (03:55) 10:0 hesabı ilə qələbə qazanaraq final mərhələsinə yüksəlib.

----------
17:37

Milli.Az bildirir ki, Xetaq Qazyumov 1/4 final mərhələsində Özbəkistan təmsilçisi Maqomed İbrahimov üzərində 12:3 hesabı ilə qələbə qazanaraq 1/2 final mərhələsinə yüksəlib.

----------
16:54

Day.Az Trend-ə istinadən bildirir ki, Xetaq Qazyumov 1/8 final mərhələsində iranlı Reza Yazdani üzərində qələbə qazanaraq 1/4 final mərhələsinə yüksəlib.

---------
16:05

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunları davam edir.

Day.Az Trend-ə istinadən bildirir ki, yarışların sonuncu günündə Azərbaycan sərbəst güləşçisi Xetaq Qazyumov 97 kq çəki dərəcəsində mübarizəyə qoşulub. 

Xetaq Qazyumov 1/16 final mərhələsində polşalı idmançı Baran Radoslav üzərində qələbə qazanaraq yarışın 1/8 final mərhələsinə yüksəlib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.