https://news.day.az/azerinews/1365930.html Xətaidə heyvan kəsimi və ət satışı yerlərinə baxış keçirilib Xətai rayonunda fəaliyyət göstərən heyvan kəsimi və ət satışı yerlərinə baxış keçirilib. Bu barədə Day.Az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Xətaidə heyvan kəsimi və ət satışı yerlərinə baxış keçirilib

Azərbaycanca, 30 июля 2021 10:40 (UTC +04:00) 468
Xətaidə heyvan kəsimi və ət satışı yerlərinə baxış keçirilib

Xətai rayonunda fəaliyyət göstərən heyvan kəsimi və ət satışı yerlərinə baxış keçirilib.

Bu barədə Day.Az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Məlumata görə, yoxlama zamanı Xətai rayonu, M.Rüstəmov küçəsində fəaliyyət göstərən heyvan kəsiminin və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkar edilib.

Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb.

Eyni zamanda, Agentlik əməkdaşları tərəfindən kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirilməsi üçün zəruri məlumatlar verilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости