Evlərə zərər verə biləcək 4 “istilaçı” bitki barədə XƏBƏRDARLIQ
Mütəxəssislər bağlarda bəzək məqsədilə əkilən bəzi bitkilərin əslində təhlükəli "istilaçı növ" olduğunu bildirirlər. Bu bitkilər qısa müddətdə sürətlə yayılaraq digər bitkiləri sıradan çıxara və hətta evlərin təməl və infrastrukturuna zərər verə bilər.
Day.Az xəbər verir ki, siyahıda xüsusilə Cənnət ağacı, Akasiya, Turş yonca və Qudtbağrı kimi növlər yer alır. Onların güclü kök sistemi, sürətli yayılma qabiliyyəti və nəzarətsiz artımı bağlarda ekosistemi pozaraq ciddi problemlərə səbəb ola bilir.
Mütəxəssislər bağ üçün bitki seçərkən yalnız görünüşə deyil, həm də növün yayılma xüsusiyyətlərinə diqqət etməyi tövsiyə edirlər. Ən doğru yanaşma isə yerli torpaq və iqlimə uyğun bitkilərin aqronom məsləhəti ilə seçilməsidir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре