Arif Quliyevin səhhəti pisləşdi

Day.Az представляет новость на азербайджанском языке
Xalq artisti, tanınmış aktyor Arif Quliyevin səhhətində problemlər yaranıb.
Publika.az-a açıqlama verən aktyor müalicə kursu keçdiyini bildirib:
"Heç yerə çıxa bilmirəm, çünki səhhətimdə problemlər yaranıb. Keçən il Türkiyədə keçirdiyim sinir əməliyyatından sonra bir müddət İranda müalicə olundum. Səhhətim düzəlmişdi, amma yenidən xəstələndim. Qan dövranımda problemlər yaranıb. Həkimlər evdə məni nəzarət altında saxlayır, dava-dərman qəbul edirəm".
"Həkimlərin qənaəti necədir?" sualını xalq artisti sualı özünəməxsus yumorla cavablandırıb:
"Həkimlər deyir ki, qorxma, ölənə qədər yaşayacaqsan. Deyirlər, özünə yaxşı bax, mən də tez-tez güzgüyə baxıram. Yeməyinə fikir ver deyirlər, mən də beş boşqab yeyirəm, amma yenə də ac qalıram".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре