Paytaxtda dəmiryol mühafizə zonasında qanunsuz tikililərlə bağlı cinayət işi açılıb

Paytaxtın Nərimanov rayonunda Bakı sərnişin-Keşlə, Nərimanov-Böyükşor dəmir yolu xətləri arasında mühafizə zolağına aid torpaq sahələri zəbt olunaraq qanunsuz tikinti işləri aparılıb.

DİN Mətbuat Xidmətindən Day.Az-а verilən məlumata görə, fakta görə Cinayət Məcəlləsinin qanunla müəyyən edilmiş, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi özbaşına tikinti və ya tikinti işlərini aparma maddəsi ilə cinayət işi başlanıb.

 

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.