Dəmir yolu relsləri arasındakı daşların əsl funksiyası məlum olub

Dəmir yolu relslərinin arasına tökülən "balast" adlanan daşlar ilk baxışda sadə dolğu materialı kimi görünsə də, əslində təhlükəsizliyin əsas elementlərindən biridir. Bu daşlar relslərin sabit qalmasını təmin edir, qatarların yaratdığı böyük yükü bərabər paylayaraq yolun dayanıqlığını artırır.

Day.Az xəbər verir ki, balast həm də suyun asanlıqla axmasına şərait yaradır və torpağın yumşalmasının qarşısını alır. Kəskin kənarlı daşlar bir-birinə kilidlənərək titrəməni azaldır, relslərin və şpalların daha uzunömürlü olmasına kömək edir.

Mütəxəssislər bildirirlər ki, bu səbəbdən yuvarlaq çınqıllar deyil, xüsusi qırma daşlardan istifadə olunur. Zamanla köhnələn balast isə mütəmadi olaraq yenilənir ki, dəmir yolu xəttinin təhlükəsizliyi və sabitliyi qorunsun.