Enerji effektivliyi fondunun vəsaiti ilə maliyyələşəcək işlər artırılıb
Enerji effektivliyi fondunun vəsaiti hesabına maliyyələşən tədbirlərin siyahısı genişləndirilib.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Enerji resurslardan səmərəli istifadə və enerji effektivliyi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.
Dəyişikliyə əsasən, enerji effektivliyi fondunun vəsaiti bu qanunda nəzərdə tutulan tədbirlərin və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aşağıdakı xərclərinin maliyyələşdirilməsi üçün istifadə olunacaq:
- enerji effektivliyi informasiya sisteminin tətbiqi, təkmilləşdirilməsi, saxlanılması, altsistemlərinin yaradılması, habelə fondun fəaliyyəti ilə bağlı əməliyyatların uçotunun aparılması məqsədilə proqram təminatının əldə edilməsi;
- bu qanunda nəzərdə tutulan enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində informasiya təminatı və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi.
Qanun enerji səmərəliliyi sahəsində həyata keçirilən maarifləndirmə tədbirlərinin dayanıqlı və uzunmüddətli icrası üçün sabit maliyyə mexanizminin yaradılmasına, bununla da enerjidən səmərəli istifadə üzrə davranışların təşviqinə, əhalinin məlumatlılılıq səviyyəsinin genişləndirilməsinə, yeni kommunikasiya alətlərinin tətbiqinə və enerjiyə qənaət mədəniyyətinin formalaşmasına yönəldilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре