Benzin və dizelin qiyməti dəyişəcək?

Vergi Məcəlləsinə növbəti dəyişikliklər paketi artıq Milli Məclisin müzakirəsindədir.

Day.Az Milli.Az xəbər verir ki, bu dəfə təqdim olunan paketdə benzin, dizel və maye qaz üzrə yol vergilərinin artırılması da müzakirə mövzusudur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov APA-ya açıqlamasında bildirib ki, Benzin, dizel və maye qaz üzrə yol vergilərinin artırılmasına gəldikdə, deyə bilərəm ki, mövcud tənzimləməyə əsasən yanacağa görə müəyyən edilmiş 0,02 manat məbləğində icbari tibbi sığorta haqqı İcbari Tibbi Sığorta Fonduna ödənilir. Qanunvericiliyə təklif edilən dəyişikliklə həmin məbləğin Fonda təqdim edilən hissəsinin ləğv edilməsi və yol vergisinin dərəcəsinə əlavə edilməklə dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.

Yəni, Vergi qanunvericiliyinə təklif olunan dəyişikliklə, hazırda benzindən, dizeldən və maye qazdan toplanan 0,02 manatlıq ödənişin İcbari Tibbi Sığorta Fonduna göndərilməsi dayandırılacaq. Əvəzində həmin məbləğ yol vergisinə əlavə edilərək dövlət büdcəsinə yönləndiriləcək. Bu dəyişiklik benzinin və digər yanacaqların qiymətinə birbaşa təsir göstərməyəcək, sadəcə yığılan vəsaitin büdcədə paylanma qaydası dəyişəcək.