https://news.day.az/azerinews/1841896.html Azərbaycan TAP vasitəsilə İtaliyaya indiyədək 49,5 milyard kubmetr qaz ixrac edib - Nazir Azərbaycan Trans-Adriatik Boru Xətti (TAP) ilə indiyədək İtaliyanı 49,5 milyard kubmetr qazla təmin edib. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib. "Respublika Günü münasibətilə dost İtaliya xalqını təbrik edirik.

Azərbaycan TAP vasitəsilə İtaliyaya indiyədək 49,5 milyard kubmetr qaz ixrac edib - Nazir

Azərbaycanca, 16 июня 2026 21:50 (UTC +04:00) 349
Azərbaycan TAP vasitəsilə İtaliyaya indiyədək 49,5 milyard kubmetr qaz ixrac edib

Azərbaycan Trans-Adriatik Boru Xətti (TAP) ilə indiyədək İtaliyanı 49,5 milyard kubmetr qazla təmin edib.

Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.

"Respublika Günü münasibətilə dost İtaliya xalqını təbrik edirik. Çoxölçülü strateji tərəfdaşlığa əsaslanan Azərbaycan İtaliya münasibətləri yeni investisiya, enerji layihələri və humanitar əməkdaşlıqla daha da güclənir. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı və neft-qaz ixracının əhəmiyyətli hissəsinin yönəldiyi ölkədir. TAP indiyədək İtaliyanı 49,5 milyard kubmetr qazla təmin edib. Bu dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızı daha da yaxınlaşdırır", - paylaşımda qeyd edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости