https://news.day.az/azerinews/1851794.html Prezident İlham Əliyev Fələstinin Azərbaycandakı Səfirliyinə maliyyə yardımının göstərilməsi barədə protokolu təsdiqləyib Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Fələstin Dövlətinin Xarici İşlər Nazirliyi arasında Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinə maliyyə yardımının göstərilməsi barədə Protokol"u təsdiq edib.

Prezident İlham Əliyev Fələstinin Azərbaycandakı Səfirliyinə maliyyə yardımının göstərilməsi barədə protokolu təsdiqləyib

Azərbaycanca, 3 августа 2026 13:17 (UTC +04:00) 206
Prezident İlham Əliyev Fələstinin Azərbaycandakı Səfirliyinə maliyyə yardımının göstərilməsi barədə protokolu təsdiqləyib

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Fələstin Dövlətinin Xarici İşlər Nazirliyi arasında Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinə maliyyə yardımının göstərilməsi barədə Protokol"u təsdiq edib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, 2026-cı iyulun 10-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Fələstin Dövlətinin Xarici İşlər Nazirliyi arasında Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinə maliyyə yardımının göstərilməsi barədə Protokol" təsdiq edilib.

Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Fələstin Dövləti Hökumətinə bildiriş göndərməlidir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости