https://news.day.az/azerinews/1817275.html Qazaxıstan Sülh Şurasına təxirəsalınmaz şəkildə əhəmiyyətli maliyyə töhfəsi verməyə hazırdır - Tokayev Qazaxıstan dərhal Sülh Şurasına əhəmiyyətli miqdarda maliyyə vəsaiti ayırmağa hazırdır. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Sülh Şurasının Vaşinqtonda keçirilən ilk iclasında deyib.

Qazaxıstan Sülh Şurasına təxirəsalınmaz şəkildə əhəmiyyətli maliyyə töhfəsi verməyə hazırdır - Tokayev

Azərbaycanca, 19 февраля 2026 20:48 (UTC +04:00) 347
Qazaxıstan Sülh Şurasına təxirəsalınmaz şəkildə əhəmiyyətli maliyyə töhfəsi verməyə hazırdır

Qazaxıstan dərhal Sülh Şurasına əhəmiyyətli miqdarda maliyyə vəsaiti ayırmağa hazırdır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Sülh Şurasının Vaşinqtonda keçirilən ilk iclasında deyib.

"Qazaxıstan həmçinin nüfuzlu beynəlxalq şirkətlər vasitəsilə yenidənqurma və tikinti prosesində iştirak etməyə sadiqdir. Əsasən hökumətimiz tərəfindən maliyyələşdirilən proqrama infrastruktur, mənzil, yaşayış kompleksləri, məktəblər, xəstəxanalar və digər vacib mülki obyektlərin tikintisi, eləcə də dağıntıların təmizlənməsi daxil ola bilər. Biz beynəlxalq ictimaiyyət qarşısında maliyyə öhdəliklərimizi tam şəkildə yerinə yetirməyə sadiqik", - o bildirib.

Tokayev qeyd edib ki, dünyanın ən böyük buğda istehsalçılarından biri olan Qazaxıstan Qəzzada və ondan kənarda ərzaq təhlükəsizliyini gücləndirmək üçün humanitar yardım göstərməyə hazırdır.

"Qazaxıstan beş il ərzində universitetlərimizdə təhsil almaq üçün fələstinli tələbələrə 500 təqaüd ayırmağı planlaşdırır. Biz elektron hökumət və digər rəqəmsal həllər sahəsində beynəlxalq səviyyədə tanınmış təcrübəmizi paylaşa bilərik", - o əlavə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости