"Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin gedişatına təsir alətləri var"

Day.Az представляет новость на азербайджанском языке
Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin gedişatına təsir alətləri var. Bunu Trend-ə MDB Ölkələri İnstitutunun direktor müavini Vladimir Jarixin Rusiya hökuməti nümayəndələrinin Azərbaycana səfərini şərh edərkən deyib.
O qeyd edib: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fəal rolundan heç vaxt imtina etməyib. Rusiya ABŞ və Fransa ilə bərabər ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir".
V.Jarixin hesab edir ki, hərbi əməliyyatlar zamanı Moskva atəşkəsin bərpa olunması üçün çox çalışıb.
Onun sözlərinə görə, Moskva hələ də bu istiqamətdə səylərini davam etdirir: "Rusiyanın baş naziri Dmitri Medvedevin və xarici işlər naziri Sergey Lavrovun Bakıya və Yerevana səfərləri vacibdir, belə ki, münaqişənin nizamlanması əsas müzakirə mövzusu olub".
Qeyd edək ki, aprelin əvvəlində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət gərginləşəndən sonra aprelin 6-da S.Lavrov, bu gün isə D.Medvedev Bakıda səfər olublar.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре