https://news.day.az/azerinews/1807476.html Paytaxtın bu ərazisində tədris mərkəzlərinin birindən oğurluq edən şəxs saxlanılıb Nəsimi rayonunda talama cinayəti baş verib. Rayon ərazisindəki tədris mərkəzlərinin birindən 4000 manatlıq nağd pul və elektron avadanlıqlar oğurlanıb. Day.Az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Paytaxtın bu ərazisində tədris mərkəzlərinin birindən oğurluq edən şəxs saxlanılıb

Azərbaycanca, 5 января 2026 18:29 (UTC +04:00) 323
Paytaxtın bu ərazisində tədris mərkəzlərinin birindən oğurluq edən şəxs saxlanılıb

Nəsimi rayonunda talama cinayəti baş verib. Rayon ərazisindəki tədris mərkəzlərinin birindən 4000 manatlıq nağd pul və elektron avadanlıqlar oğurlanıb.

Day.Az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Nəsimi RPİ 21-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Ə.Əliyev müəyyən olunaraq saxlanılıb.

 

Nizami rayonunda yerləşən avtoservislərin birindən isə 500 manat və 1000 manat dəyərində noutbuk oğurlayan əvvəllər də məhkum olunmuş 43 yaşlı A.Tağıyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости