Reper Navai sərhəddə narkotiklə tutuldu
Qazaxıstanda məşhur azərbaycanlı reper Navai (Nəvai Bəkirov) saxlanılıb.
Day.Az Lent.az-a istinadən xəbər verir ki, 31 yaşlı musiqiçi narkotik vasitələrin qaçaqmalçılığına cəhddə şübhəli bilinir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, reper oktyabrın 13-də Qazaxıstana daxil olarkən "Korday" sərhəd-keçid məntəqəsində saxlanılıb. Əməliyyatda polis əməkdaşları və Qazaxıstan Milli
Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.
Polisdən bildirilib ki, musiqiçinin olduğu avtomobilə baxış keçirilərkən narkotik vasitə aşkarlanaraq götürülüb.
Faktla bağlı narkotik vasitələrin qaçaqmalçılığına cəhd şübhəsi ilə cinayət işi başlanılıb. Reper müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
Hazırda hadisə ilə bağlı ibtidai istintaq aparılır. Navaiyə rəsmi ittiham irəli sürülməsi barədə hələlik məlumat yoxdur.
Musiqiçi və onun nümayəndələri baş verənlərlə bağlı ictimaiyyətə açıqlama verməyiblər.
Qeyd edək ki, əslən azərbaycanlı olan Nəvai Bəkirov 1995-ci ildə Rusiyanın Samara şəhərində anadan olub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре