https://news.day.az/azerinews/1807212.html “Qarabağ”ın rəqibi daha bir hücumçu aldı "Qarabağ"ın Çempionlar Liqasındakı rəqiblərindən olan "Ayntraxt" heyətini yeni futbolçu ilə gücləndirib. Day.Az xəbər verir ki, Frankfurt təmsilçisi "Hoffenhaym"ın 2-ci komandasından Ayub Amamuni-Eçquyabı transfer edib. Bu barədə Bendesliqa klubunun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

“Qarabağ”ın rəqibi daha bir hücumçu aldı

Azərbaycanca, 4 января 2026 14:36 (UTC +04:00) 438
“Qarabağ”ın rəqibi daha bir hücumçu aldı

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqiblərindən olan "Ayntraxt" heyətini yeni futbolçu ilə gücləndirib.

Day.Az xəbər verir ki, Frankfurt təmsilçisi "Hoffenhaym"ın 2-ci komandasından Ayub Amamuni-Eçquyabı transfer edib.

Bu barədə Bendesliqa klubunun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

Ayub bu mövsüm 18 oyunda 9 qol vurub, 6 məhsuldar ötürmə edib.

 

Frankfurt təmsilçisi bir neçə gün əvvəl "Elversberq"dən (Almaniya) hücumçu Yunus Ebnutalibi də transfer edib. 

Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" matçı yanvarın 21-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости