Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət ediblər.

Day.Az AZƏRTAC-ə istinadən xəbər verir ki, Qəhrəmanlar Memorialında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısı Memorialın önünə əklil qoydu.

Sonra Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirildi.