Naxçıvanda düşmənə sarsıdıcı zərbə vuruldu

Naxçıvan Televiziyası və Türkiyənin Milli Müdafiə Nazirliyi muxtar respublikada iyunun 7-dən 11-nədək davam edən "Sarsılmaz qardaşlıq-2019" Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən videoxülasə yayıblar.

Day.Az xəbər verir ki, kadrlara əsasən, təlimlərə cəlb edilmiş qüvvələr şərti düşmənin həmləsini dəf edərək onu sürətli əks-hücumla darmadağın edirlər.

Qurudan və havadan müxtəlif silah sistemlərindən istifadə olunmaqla güclü zərbələr endirən müttəfiq qüvvələrin təlimləri real döyüş şəraitinə maksimal yaxınlaşdırılmış şərtlərdə keçib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.