Səhiyyə sahəsinə ayrılan vəsait son 20 ildə 30 dəfə artırılıb - Teymur Musayev
Səhiyyə sahəsinə ayrılan vəsait son 20 ildə 30 dəfə artırılıb.
Day.Az xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev bu gün Milli Məclisdə keçirilən "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları" mövzusunda dinləmədə deyib.
"İnşa edilən və ya yenidən qurulan 700-ə yaxın xəstəxananın 70 faizi bölgələrdə yerləşir. Qan xəstəlikləri ilə mübarizə sahəsində ciddi nailiyyətlər əldə olunub. İcbari Tibbi Sığorta sistemi uğurla icra edilir", - o bildirib.
Teymur Musayevin sözlərinə görə, 3 min 315 tibb xidməti xidmətlər zərfinə daxil edilib:
"İcbari Tibbi Sığortanın tətbiqindən sonra cərrahi əməliyyatların sayı 89 faiz artıb. Hazırda müzakirə olunması vacib məsələlərdən biri ilkin tibbi sanitariya yardımı haqqındadır. İnanıram ki, yaxın müddətdə ilkin tibbi sanitariya yardımı xidmətini hazırlayıb, əhalinin istifadəsinə verəcəyik".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре