https://news.day.az/azerinews/1818817.html Rumıniya Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanın “yaşıl enerji" dəhlizinə qoşulmaq niyyətindədir Rumıniya Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanın "yaşıl enerji" dəhlizinə qoşulmaq niyyətindədir. Trend xəbər verir ki, bu haqda Azərbaycanın Energetika nazirliyinin 2025-ci ildə görülmüş işlərə dair hesabatında qeyd olunub.

Rumıniya Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanın “yaşıl enerji" dəhlizinə qoşulmaq niyyətindədir

Azərbaycanca, 27 февраля 2026 18:32 (UTC +04:00) 443
Rumıniya Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanın “yaşıl enerji" dəhlizinə qoşulmaq niyyətindədir

Rumıniya Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanın "yaşıl enerji" dəhlizinə qoşulmaq niyyətindədir.

Trend xəbər verir ki, bu haqda Azərbaycanın Energetika nazirliyinin 2025-ci ildə görülmüş işlərə dair hesabatında qeyd olunub.

 

Hesabatda bildirilir ki, 04.04.2025-ci il tarixində Bakıda keçirilmiş layihə üzrə 2-ci nazirlər iclası zamanı "Azərbaycan Respublikasının Energetika Nazirliyi, Bolqarıstan Respublikasının Energetika Nazirliyi, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında "yaşıl elektrik enerjisi"nin ötürülməsi və ticarətinə dair Anlaşma Memorandumu" imzalanıb və layihə üzrə görüləcək işlərə dair qrafik təsdiqlənib.

"Rumıniya tərəfi sözügedən layihəyə qoşulmaq istəyini bildirib. Bununla əlaqədar, 2025-ci ilin 4 aprel tarixində imzalanmış Anlaşma Memorandumuna dəyişikliyə dair Türkiyə tərəfindən protokol layihəsi hazırlanıb. Protokol layihəsi tərəflər arasında baxılmaqdadır. Türkiyə tərəfindən hazırlanmış layihənin texniki tapşırıqlar sənədinin (TOR) layihəsi tərəflər arasında razılaşdırılmaqdadır", -deyə hesabatda vurğulanır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости