Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Tbilisidə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət ediblər.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı abidənin önünə əklil qoydu.