https://news.day.az/azerinews/1540216.html
2 milyonluq dələduzluqda ittiham olunan Azər Əsgərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb
2 milyonluq dələduzluqda ittiham olunan Azər Əsgərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb

Bakı Ağır Cinayətlər Məhkəməsində 2 milyon manat dələduzluqda ittiham olunan Azər Əsgərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Day.Az-ın məlumatına görə, cinayət işi hakim Səbinə Məmmədzadənin icraatına verilib. Məhkəmənin hazırlıq iclası fevralın 28-nə təyin edilib.
Zərərçəkmiş qismində Türkiyə vətəndaşları - Humeyra Genc və Hakan Doyğun tanınıb. Tekstil ticarəti ilə məşğul olan A.Əsgərov türkiyəli iş adamları ilə 2 milyonluq pul məsələsinə görə onların şikayəti əsasında tutulub.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре