Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl göndərilib - YENİLƏNİB - FOTO
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan yük qatarları "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.
Day.Az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, yük 5 vaqondan ibarətdir.
Taxılın ümumi çəkisi 349 tondur.
Qatar daha sonra Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuş Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan qaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstan taxılının Ermənistana tədarükü olduğunu bildirib.
Dekabrın 18-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil benzini göndərib.
9 yanvar 2026-cı ildə Ermənistana ümumilikdə 2 698 ton yük (48 vaqon), o cümlədən 1 742 ton Aİ-95 markalı benzin və 956 ton dizel yanacağı yola salınıb.
Yanvarın 11-də isə bu ölkəyə 979 ton Aİ-92 markalı avtomobil benzini ilə yüklənmiş 18 vaqondan ibarət qatar göndərilib.
Fevralın 25-də isə Azərbaycandan Ermənistana 4 500 ton dizel yanacağı, martın 5-də 1 984 ton dizel yanacağı ilə yüklənmiş 31 vaqon və 135 ton Rusiya gübrəsi ilə yüklənmiş iki vaqon, martın 9-da Rusiya taxılı ilə yüklənmiş 7 vaqondan ibarət yük qatarı, martın 11-də isə ümumi çəkisi 1 023 ton (netto - 770 ton) olan 11 vaqonda taxıl göndərilib.
Martın 24-də ümumi çəkisi 271 ton olan 4 vaqon gübrə və 68 ton ağırlığında bir vaqon qarabaşaq yarması göndərilib.
Martın 25-i 5 vaqondan ibarət, çəkisi 350 ton olan buğda göndərilib.
Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23,5 min ton taxıl, 1000 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.
Qeyd edək ki, sonuncu dəfə martın 25-də Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 350 ton Rusiya buğdası göndərilib.
xxx
07:40
Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək.
Day.Az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, yük 5 vaqondan ibarətdir.
Qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək.
Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuş Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan qaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstan taxılının Ermənistana tədarükü olduğunu bildirib.
Dekabrın 18-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil benzini göndərib.
9 yanvar 2026-cı ildə Ermənistana ümumilikdə 2 698 ton yük (48 vaqon), o cümlədən 1 742 ton Aİ-95 markalı benzin və 956 ton dizel yanacağı yola salınıb.
Yanvarın 11-də isə bu ölkəyə 979 ton Aİ-92 markalı avtomobil benzini ilə yüklənmiş 18 vaqondan ibarət qatar göndərilib.
Fevralın 25-də isə Azərbaycandan Ermənistana 4 500 ton dizel yanacağı, martın 5-də 1 984 ton dizel yanacağı ilə yüklənmiş 31 vaqon və 135 ton Rusiya gübrəsi ilə yüklənmiş iki vaqon, martın 9-da Rusiya taxılı ilə yüklənmiş 7 vaqondan ibarət yük qatarı, martın 11-də isə ümumi çəkisi 1 023 ton (netto - 770 ton) olan 11 vaqonda taxıl göndərilib.
Martın 24-də ümumi çəkisi 271 ton olan 4 vaqon gübrə və 68 ton ağırlığında bir vaqon qarabaşaq yarması göndərilib.
Martın 25-i 5 vaqondan ibarət, çəkisi 350 ton olan buğda göndərilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре