https://news.day.az/azerinews/1787507.html "Paramount" Avropada bir neçə "MTV" kanalını bağlayacaq Amerika media şirkəti "Paramount" 2025-ci ilin sonuna kimi Avropada bir neçə "MTV" kanalının fəaliyyətini dayandırmağı planlaşdırır. Day.Az xəbər verir ki, bu barədə "Broadband TV News" məlumat yayıb. Məlumata görə, şirkət Böyük Britaniyada "MTV Music", "MTV 80s", "MTV 90s", "Club MTV" və "MTV Live" kanallarını bağlamağı planlaşdırır.

"Paramount" Avropada bir neçə "MTV" kanalını bağlayacaq

Azərbaycanca, 11 октября 2025 22:57 (UTC +04:00) 496
"Paramount" Avropada bir neçə "MTV" kanalını bağlayacaq

Amerika media şirkəti "Paramount" 2025-ci ilin sonuna kimi Avropada bir neçə "MTV" kanalının fəaliyyətini dayandırmağı planlaşdırır.

Day.Az xəbər verir ki, bu barədə "Broadband TV News" məlumat yayıb.

Məlumata görə, şirkət Böyük Britaniyada "MTV Music", "MTV 80s", "MTV 90s", "Club MTV" və "MTV Live" kanallarını bağlamağı planlaşdırır. Bağlanma 31 dekabr 2025-ci il tarixinə nəzərdə tutulub. Bununla belə, əsas "MTV" kanalı (MTV HD) fəaliyyətini davam etdirəcək.

Hesabatda qeyd olunur ki, bu qərar "xətti musiqi kanallarının auditoriyasında uzunmüddətli azalma tendensiyasını" əks etdirir, çünki izləyicilər getdikcə daha çox "YouTube" və "TikTok" kimi platformalarda musiqi videolarına baxmağa üstünlük verirlər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости